...

Ötən il Azərbaycanda ilk dəfə sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı 11,2 min olub

Cəmiyyət Materials 22 Yanvar 2016 11:00 (UTC +04:00)
Azərbaycanda əlil uşaqların sayı artıb.
Ötən il Azərbaycanda ilk dəfə sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı 11,2 min olub

Bakı. Samir Əli -Trend:

Azərbaycanda əlil uşaqların sayı artıb. Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2015-ci ildə ölkədə ilk dəfə sağlamlıq imkanları məhdud hesab edilən18 yaşadək uşaqların sayı 11,2 min nəfər olub. 2014-cü ildə isə bu rəqəm 8,9 min nəfər olub.

Məlumatda bildirilir ki, İlk dəfə əlil hesab edilən 18 və yuxarı yaşda olan şəxslərin sayı ötən il 31,0 min nəfər olub ki, 2014-cü ildə bu gəstərici 38,6 min nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti