...

Əfsanəvi qəhrəman Həzi Aslanovun xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 22 Yanvar 2016 17:04 (UTC +04:00)
Yanvarın 22-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 106-cı il dönümü münasibətilə Lənkəran qarnizonu Zabitlər evi və Həzi Aslanovun ev-muzeyinin birgə təşəbbüsü ilə tədbir keçirilib.
Əfsanəvi qəhrəman Həzi Aslanovun xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Yanvarın 22-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 106-cı il dönümü münasibətilə Lənkəran qarnizonu Zabitlər evi və Həzi Aslanovun ev-muzeyinin birgə təşəbbüsü ilə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə hərbi hissələrin əsgərləri, məktəblilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əsgərlərə qəhrəmanın uşaqlıq, gənclik illəri və keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar haqqında geniş məlumatlar verilib. Məktəblilərin iştrakı ilə hazırlanmış kompozisiyada qəhrəmana həsr edilmiş şeirlər səsləndirilib, xatirələr söylənilib.

Muzeyin direktoru Tamara Fətullayeva və muzeyin əməkdaşları qəhrəmanın general S.Mehmandarovla görüşü haqqında əsgərlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Sonda əsgərlər H.Aslanovun uşaqlıq illərinin yadigarı olan "İnnab" ağacının qarşısında xatirə şəkilləri çəkdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti