...

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirə mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Yanvar 2016 13:26 (UTC +04:00)
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 106 və Böyük Vətən müharibəsində həlak olmasının 71 illiyi münasibətilə tədbir keçirilib.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirə mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 106 və Böyük Vətən müharibəsində həlak olmasının 71 illiyi münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əsgər, kursant və zabitlər, qəhrəmanın ailə üzvləri, eləcə də veteran və gənclər təşkilatlarının nümayəndələri əvvəlcə Şəhidlər Xiyabanında sərkərdənin məzarını ziyarət edərək, abidə-kompleksinin önünə Müdafiə Nazirliyi adından əklillər qoyub, xatirəsini hörmətlə yad ediblər.

Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani qəhrəmanın həyat və döyüş yolu barədə geniş məlumat verib. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında generalın döyüş yolunun öyrənilməsinin vacibliyini vurğulayıb.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev qeyd edib ki, əvəzsiz general H.Aslanovun döyüş yolunun öyrənilməsi işğal altında olan torpaqlarımızın azad olunması baxımından da önəmlidir.
Azərbaycan Veteranlar Şurasının sədri Dadaş Rzayev və generalın döyüş yoldaşları onun haqqında xatirələrini bölüşüblər.

Mərasimin sonunda Aslanovlar ailəsi adından çıxış edən qəhrəmanın nəvəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi iştirakçılarına, veteranlara, şəhid ailələrinə ölkə Prezidentinin daim diqqət və qayğı göstərdiyini xüsusilə qeyd edərək, Xatirə tədbirinin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti