...

Dövlət Sərhəd Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 6 Fevral 2016 13:01 (UTC +04:00)
Fevral ayının 19-da saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinlərinin qəbulu keçiriləcək.
Dövlət Sərhəd Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Fevral ayının 19-da saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinlərinin qəbulu keçiriləcək.

DSX-nın Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları fevral ayının 16-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti