...

"UBM Group" Xocalı soyqırımının ildönümü ilə əlaqədar fəal təbliğat kampaniyasına start verib

Cəmiyyət Materials 18 Fevral 2016 16:55 (UTC +04:00)
"UBM Group" “Justice for Khojaly” təşəbbüsünü dəstəkləməklə və bu kampaniya çərçivəsində, müasir vasitələrdən istifadə etməklə Xocalı həqiqətlərini geniş coğrafiyada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı qarşısına məqsəd qoyub.
"UBM Group" Xocalı soyqırımının ildönümü ilə əlaqədar fəal təbliğat kampaniyasına start verib

Bakı. Trend:

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən düz 24 il keçir. Ürəyində Vətən sevgisi olan hər bir azərbaycanlı 26 fevral - Xocalı soyqırımı günündə erməni silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi vəhşiliklər və bu etnik təmizləmə ilə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır. Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb.

"Justice for Khojaly" ("Xocalıya ədalət") kampaniyası Xocalıda baş vermiş qanlı hadisələr haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə ilk dəfə olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə başladılıb.

"UBM Group" "Justice for Khojaly" təşəbbüsünü dəstəkləməklə və bu kampaniya çərçivəsində, müasir vasitələrdən istifadə etməklə Xocalı həqiqətlərini geniş coğrafiyada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı qarşısına məqsəd qoyub.

Məlumat üçün bildiririk ki, "UBM Group" Azərbaycan xalqının üzləşdiyi faciələr barədə dünya ictimaiyyətini əhatəli şəkildə məlumatlandırmaq üçün korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirməyi qərara alıb. Şirkətin 20 Yanvar hadisələrinin 26-cı ildönümü ərəfəsində reallaşdırdığı məlumatlandırma kampaniyası həm yerli və xarici mediada, həm də sosial şəbəkələrdə geniş işıqlandırılıb. "UBM Group" Xocalı faciəsi zamanı həlak olanların əziz xatirəsinə ehtiram əlaməti olaraq, fevralın 15-dən daha geniş arealı əhatə edən yeni məlumatlandırma kampaniyasına start verib.

"UBM Group" Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrində "Justice for Khojaly!" ("Xocalıya ədalət!") adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına start verib.

Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və videokadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat materialları bütün dünyanı əhatə etməklə 5 dildə - Azərbaycan, ingilis, fransız, alman, rus dillərində hazırlanıb.

"UBM Group" hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edir. Gəlin tariximizi unutmayaq, undulmasına da imkan verməyək. Xalqımızın qan yaddaşına yazılmış Xocalı faciəsini daha yüksək səslə bütün dünyaya car çəkək.

Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və #‎justiceforkhojaly‬ ‪#‎armenianaggression‬ ‪#‎armenianterror‬ ‪#‎khojaly‬ həştəqlərindən istifadə etməyinizi xahiş edirik:

https://www.facebook.com/JusticeForKhojaly
https://twitter.com/justice_khojaly
https://www.instagram.com/justice_khojaly/
https://www.youtube.com/channel/UC0XPCgZk3WG0UF8XkzND0ZA

Həm ölkəmizdə, həm də dünyanın hər bir regionunda yaşayan soydaşlarımızı bizim paylaşdığımız təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə dəvət edirik.

Əlavə məlumat əldə etmək üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik:

UBM Group Mətbuat xidməti
Tel: +994 12 4886716
Email: [email protected]
www.ubmg.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti