...

Kəmaləddin Heydərov Ağsuda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 23 Fevral 2016 10:15 (UTC +04:00)
Azərbaycan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağsu şəhərində vətəndaşları qəbul edəcək.
Kəmaləddin Heydərov Ağsuda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Azərbaycan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağsu şəhərində vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Kəmaləddin Heydərov tərəfindən 25 fevral 2016-cı il tarixində Ağsu şəhərində, Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi 51) 24 fevral 2016-cı il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti