...

Bakıda internat məktəbinin əsaslı təmirdən sonra açılışı olub

Cəmiyyət Materials 29 Fevral 2016 15:20 (UTC +04:00)
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Bakıda internat məktəbinin əsaslı təmirdən sonra açılışı olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı şəhəri Qaradağ rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və internat məktəbinin pedaqoji kollektivi iştirak edib.

Qonaqlar əvvəlcə internat məktəbdə görülmüş işlər və yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, internat məktəb əsaslı təmir olunub, 180 şagird yerlik əlavə korpus, idman və akt zalları tikilib. Yeni tikilən əlavə korpus tədris hissəsindən, idman və akt zallarından ibarətdir. Məktəb binasında 8 sinif otağı, kimya və fizika laboratoriyaları, kompüter kabineti, kitabxana və digər tədris-təsərrüfat otaqları var.

Məktəbdə videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün qazanxana və nasosxana təmir olunub, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib. Həmçinin internat məktəbini dayanıqlı elektrik enerjisi ilə təmin emək məqsədilə yeni yarımstansiya quraşdırılıb.

Sonda internat məktəbinin direktoru Xanımqız Şükürova məktəbin pedaqoji kollektivi adından sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, onların cəmiyyətə fəal inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə başçısına minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti