...

Yük maşını dövlət büdcəsinə 9 min manata yaxın ziyan vurdu (FOTO)

Cəmiyyət Materials 12 Mart 2016 13:13 (UTC +04:00)
Ağır qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.
Yük maşını dövlət büdcəsinə 9 min manata yaxın ziyan vurdu (FOTO)

Bakı. Trend:

Bu gün səhər saatlarında Bakı - Ələt - Qazax - Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində baş vermiş ağır avtomobil qəzası nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, "Kamaz" markalı "22 BC 360" dövlət nömrə nişanlı qoşqulu yük maşını yolayrıcında olan əyri-xətli dəmir tirləri dağıdaraq aşıb. Qəza zamanı 140 poqon metrə yaxın dəmir arakəsmə sıradan çıxıb və bununla da dövlət büdcəsinə ilkin hesablamalara əsasən 9 min manata yaxın ziyan dəyib.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq aidiyyəti üzrə göndərilib. Hazırda qəzanın fəsadları "Azəravtoyol" ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılır.

Qeyd edək ki, baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti