...

Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Qafqazda səfərdədir

Cəmiyyət Materials 14 Mart 2016 11:21 (UTC +04:00)
Martın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Qafqaza yola düşüb.
Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Qafqazda səfərdədir

Bakı. Trend:

Martın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Qafqaza yola düşüb.

Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Səfər Azərbaycanda elan olunmuş Multikulturalizm ili çərçivəsində Qafqaz bölgəsində keçirilən tədbirlər sırasında həyata keçirilir.

Şeyxülislam A.Paşazadənin təşəbbüsü ilə Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransı formatında keçiriləcək görüşlərdə ölkəmizin bu sahədə mövcud dəyərli təcrübəsi təbliğ və təşviq ediləcək.

Martın 16-dək davam edəcək səfər müddətində QMİ sədri Rusiya Federasiyasının Kabarda-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya Respublikalarında olacaqdır. Şeyxülislam A.Paşazadənin rəhbərliyi ilə Nalçikdə, Çerkesskdə və Vladikavkazda müvafiq olaraq Kabarda-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya Respublikaları müsəlmanlarının Ruhani İdarələrinin hesabat-seçki konfransları baş tutacaq, Müfti vəzifələrinə seçki həyata keçiriləcək.

Səfər müddətində QMİ sədrinin RF Şimali Qafqaz respublikalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti