...

Bərpa Müalicə Mərkəzinə gələn xəstələrin 40%-dən çoxu nevroloji uşaqlardır

Cəmiyyət Materials 14 Mart 2016 17:46 (UTC +04:00)
Uşaq Bərpa Müalicə Mərkəzinə müraciət edən xəstələrin 40%-dən çoxunu nevroloji uşaqlar təşkil edir.
Bərpa Müalicə Mərkəzinə gələn xəstələrin 40%-dən çoxu nevroloji uşaqlardır

Bakı. İlhamə İsabalayeva - Trend:

Uşaq Bərpa Müalicə Mərkəzinə müraciət edən xəstələrin 40%-dən çoxunu nevroloji uşaqlar təşkil edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlar əsasən uşaq serebral iflici, bazu kələfinin doğuş travması, müxtəlif səbəblərdən inkişaf çətinlikləri olan uşaqlardır.

Uşaq Bərpa Müalicə Mərkəzinə xəstələr sahə uşaq poliklinikalarından göndərilir. Mərkəzə müraciət edən uşaqların hər biri üçün fərdi müalicə planı tərtib edilir və xəstələr il ərzində 3-5 dəfə müalicə kursu keçirlər. Bunun üçün mərkəzdə sağlamlıq imkanları məhdud olan xəstələr (uşaq serebral iflici, əzələ distrofiyası, hərəkət sisteminin pozulmaları, pleksidlər) üçün müalicə - bədən tərbiyəsi zalları, masaj, su terapiyası, qalvanik vannalar, istilik terapiyası, parafin, naftalan otaqları, elektroterapiya, trenajor otağı, artterapiya, fitoterapiya otağı fəaliyyət göstərir. Mərkəzdə dünya reabilitasiyasında geniş istifadə olunan və innovasion üsul sayılan kostyum terapiyası tətbiq edilir.

Qeyd edək ki, 1988-ci ildən fəaliyyət göstərən mərkəz uşaqların tam və ətraflı müayinəsini, yüksək dərəcəli ixtisaslaşdırılmış coxprofilli bərpa müalicəsini həyata keçirir, xəstə uşaqların fiziki və psixoloji reabilitasiyası üçün səylər göstərir, dispanser müşahidə üsulunun həcmini genişləndirir və təkmilləşdirir, erkən uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və erkən müdaxiləsini təşkil edir, bununla da əlilliyin qarşısının erkən alınması üçün tədbirlər görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti