...

Bakı-Supsa kəmərindən neft oğurlayan iki nəfər saxlanılıb

Cəmiyyət Materials 23 Mart 2016 19:41 (UTC +04:00)
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Bakı-Supsa magistral neft boru kəmərindən oğurluq edən iki nəfəri saxlayıb.
Bakı-Supsa kəmərindən neft oğurlayan iki nəfər saxlanılıb

Bakı. Trend:

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Bakı-Supsa magistral neft boru kəmərindən oğurluq edən iki nəfəri saxlayıb.

Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, saxlanılan iki nəfər Georgiy Laşxiridze və Yaqo Kaxabrişvili sistematik olaraq magistral neft boru kəmərindən küllü miqdarda xam neft oğurluq ediblər.

Onlar Kareli rayonunun Ruisi kəndində xüsusi texniki qurğu vasitəsilə yerin altından bir kilometr uzunluğunda boru kəməri çəkərək, həmin xətti Bakı-Supsa neft boru kəmərinə birləşdiriblər.

Magistral boru kəmərinə xüsusi açar qaynaq edərək onlar xam nefti öz rezervuarlarına yönləndiriblər.

Gürcüstanın Cinayət məcəlləsinin 177 maddəsinin 4-cü hissəsinin "q" yarımbəndinə uyğun olaraq bu cinayətə görə on ilə qədər azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.

Faktla bağlı istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti