...

Qəhrəman şəhidlərimizin vida mərasimi keçirilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 11 Aprel 2016 13:12 (UTC +04:00)
Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasia zərbələri zamanı düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olmuş qəhrəman pilotlarımız - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılovla və düşmənlə döyüşlərdə qəhrəmanlıqla həlak olmuş digər hərbçimiz - Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenatı polkovnik-leytenat Murad Mirzəyevlə bu gün vida mərasimi keçirilir.
Qəhrəman şəhidlərimizin vida mərasimi keçirilib  (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasia zərbələri zamanı düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olmuş qəhrəman pilotlarımız - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılovla və düşmənlə döyüşlərdə qəhrəmanlıqla həlak olmuş digər hərbçimiz - Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenatı polkovnik-leytenat Murad Mirzəyevlə bu gün vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasim Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində təşkil olunub.

Mərasimdə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov vida mərasimində iştirak edir. Nazir Zakir Həsənov şəhidlərin yaxınlarına, ailələrinə qəhrəman övladlarının itikisi ilə bağlı başsağlığı verib.

Şəhidlər II Fəxri Xiyabanda dəfn ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti