...

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın məlumat sessiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2016 14:47 (UTC +04:00)
Aprelin 14-də Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın 1 illik fəaliyyətinə həsr edilən məlumat sessiyası keçirilib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın məlumat sessiyası keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 14-də Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın 1 illik fəaliyyətinə həsr edilən məlumat sessiyası keçirilib.

Tədbirdə 2015-ci ilin may ayında yaradılmış DMX yanında İctimai Şuranın miqrasiya sahəsinin müxtəlif istiqamətləri üzrə həyata keçilən fəaliyyətlərinə nəzər salınıb, həmin fəaliyyətlər zamanı əldə olunmuş nəticələr qeyd olunub və gələcək perspektivlər müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov bildirdi ki, "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na və "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 08 iyun 2015-ci il tarixdə yaradılmış DMX yanında İctimai Şura (a) təşkilati-struktur (institusional), (b) nəzəri-konseptual və (c) operativ-taktiki müstəvilər üzrə icra olunan vəzifələri əhatə edən strategiya əsasında fəaliyyət göstərir.

Təşkilatı-struktur müstəvidə həyata keçirilən fəaliyyətlər İctimai Şuranın reqlamentinin təsdiq olunması, dövlət qurumları, beynəlxalq və yerli ictimai təşkilatlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi, Şuranın işçi orqanlarının yaradılması istiqamətlərini əhatə edir.

Burada əsas diqqət müvafiq icra qurumları ilə effektiv əlaqələrin qurulmasına və bu əsasda məlumat mübadiləsinin aparılmasına yetirilir.

Hesabat dövründə icra qurumlardan DMX-nin rəhbərliyi və rəhbər strukturları, beynəlxalq təşkilatlardan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), yerli ictimai təşkilatlardan Qızıl Aypara Cəmiyyəti ilə işgüzar görüşlər təşkil edildi, gələcək əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün əsaslar müzakirə olunub.

Bununla yanaşı bu müstəvidə xüsusi diqqət bu kimi şuraların fəaliyyətinin inkişaf etdirilməsinə yetirilir və məhz bu məqsədlə ayrı-ayrı maraqlı tərəflər arasında DMX yanından İctimai Şuranın timsalında müsbət nümunənin təbliği və təşviqi aparılır.

Nəzəri-konseptual müstəvidə həyata keçirilən fəaliyyətlər miqrasiya siyasətinin gücləndirilməsi, o cümlədən əcnəbiləri və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının genişləndirilməsi, onların qanuni mənafelərinin qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması və bu səpkidə digər vəzifələri əhatə edir.

Xüsusilə qeyd olundu ki, miqrasiya sahəsində həyata keçirilən siyasətin gücləndirilməsi və bu prosesdə ictimai iştirakçılığın geniş şəkildə təmin olunması məqsədilə, 2015-ci ilin noyabr ayında 27 bənddən ibarət təkliflər hazırlanmış və vahid sistemə salınmışdır. Həmin təkliflər miqrasiya sahəsində həyata keçirilən strategiyanın inkişaf etdirilməsi, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycanda qaçqın və sığınacaq axtaran şəxslərin statusunun hüquqi çərçivələri və gələn miqrantların qeydiyyat prosedurları ilə bağlı yeni elementlərin müəyyən edilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq imkanlarının artırılması və İctimai Şuranın fəaliyyətinin təkmil şəkildə qurulması istiqamətlərini əhatə edirdi.

Təqdirəlayiq haldır ki, 27 təklifdən 22 təklif artıq nəzərə alınmış və qəbul olunmuşdur. Digər 5 təklif üzrə vəzifələrin icrası ilə bağlı hazırlıq işləri gedir.

Operativ-taktiki müstəvidə həyata keçirilən fəaliyyətlər bilavasitə miqrantlarla bağlı olan vəzifələri əhatə edir və əsasən onların problemlərin həll olunmasına xidmət edir. Belə ki, 94 qaçqın və sığınacaq axtaran şəxsə DMX yanında İctimai Şuranın xətti Azərbaycan dili kursları təşkil edildi, 300 qaçqın ailəsinə humanitar və 68 qaçqına tibbi yardımlar göstərilib.

Bununla yanaşı, 200-ə yaxın miqranta miqrasiyanın müxtəlif aspektlərinə (o cümlədən, vətəndaşlıq, müvəqqəti qeydiyyat, viza təminatı və digər məsələlərə) aid edilən mövzularla bağlı vacib məlumat verildi və həmin kateqoriyadan olan insanların DMX-yə yönləndirilməsi ilə bağlı zəruri addımlar atılıb.

DMX yanında İctimai Şura ictimaiyyətlə əlaqələr məsələsinə xüsusi diqqət yetirir. Belə ki, Şuranın xətti ilə 2 məlumat sessiyası və ictimai nəzarətlə bağlı 1 dəyirmi masa təşkil olundu, Şura üzvlərinə istinadən 100-ə yaxın qəzetdə material çap olundu, facebook-da DMX yanından İctimai Şuranın rəsmi səhifəsi açılıb.

DMX yanında İctimai Şuranın katibi Məmməd Kətanov, həmçinin tədbirdə müşahidəçi statusu ilə iştirak edən BMTQAK-ın hüquq departamentinin nümayəndəsi Sənan Hacıyev və digər qonarlar məlumat sessiyasında qaldırılan məsələlərə münasibət bildirdi və təkliflərini irəli sürdülər. İclasın sonunda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti