...

Bu il Azərbaycanda sosial mənzillərin tikintisinə başlanıla bilər

Cəmiyyət Materials 18 Aprel 2016 14:17 (UTC +04:00)
“Ola bilsin ki, sosial evlərin tikintisinə bu ilin axırına yaxın başlansın”.
Bu il Azərbaycanda sosial mənzillərin tikintisinə başlanıla bilər

Bakı. Trend:

"Ola bilsin ki, sosial evlərin tikintisinə bu ilin axırına yaxın başlansın".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, aztəminatlı əhali yaxşı şərtlərlə sosial mənzillər əldə edəcək.

Onun sözlərinə görə, Azərbaycanda mənzilə ehtiyacı olan əhali kateqoriyası çoxdur: "Azərbaycanda əhali yüksək dinamika ilə artır. Evlənənlər çoxdur, onların mənzillərə ehtiyacı var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti