...

Sürücülərin nəzərinə! Azadlıq prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 30 Aprel 2016 11:55 (UTC +04:00)
Aparılan təmir işləri ilə əlaqədar aprelin 30-dan etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən avtomobil tunelinin girişindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində bir istiqamət üzrə (M.Ə.Rəsulzadə qəsəbəsinə doğru olan istiqamət) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.
Sürücülərin nəzərinə! Azadlıq prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

Aparılan təmir işləri ilə əlaqədar aprelin 30-dan etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən avtomobil tunelinin girişindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində bir istiqamət üzrə (M.Ə.Rəsulzadə qəsəbəsinə doğru olan istiqamət) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.

"Azəravtoyol" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək tətbiq olunacaq. Bu müddət ərzində sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.

Mətbuat katibliyindən qeyd ediblər ki, əks istiqamətdə üzrə, yəni Azadlıq prospektindən Ziya Bünyadov prospektinə doğru isə avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir məhdudlaşdırma tətbiq edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti