...

Gəncədə Avropa Gənclər Paytaxtları Şəbəkəsinin görüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 5 May 2016 17:21 (UTC +04:00)
“Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinin rəsmi açılış tədbirləri çərçivəsində Avropa Gənclər Paytaxtları Şəbəkəsinin görüşü keçirilib.
Gəncədə Avropa Gənclər Paytaxtları Şəbəkəsinin görüşü keçirilib (FOTO)

Bakı. Trend:

"Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin rəsmi açılış tədbirləri çərçivəsində Avropa Gənclər Paytaxtları Şəbəkəsinin görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşün moderatoru Avropa Gənclər Paytaxtları Şəbəkəsinin baş katibi Andras Farkas Gəncənin 2016-cı il üzrə Avropanın Gənclər Paytaxtı seçilməsi ilə bağlı keçirilən tədbirlərin bütün iştirakçılar üçün faydalı və maraqlı olduğunu bildirib, təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb.

"Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev Gəncənin bu ada layiq görülməsindən fəxr etdiyini bildirib, layihə çərçivəsində görülən və nəzərdə tutulan işlərə toxunub. 2016-ci il ərzində bununla bağlı bir sıra tədbirlərin keçiriləcəyini vurğulayan E.Vəliyev Gəncənin Avropa Gənclər Paytaxtı adına layiq görülməsində ölkəmizin beynəlxalq nüfuzunun rolunu qeyd edib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi regionların inkişafı və gənclər siyasəti barədə məlumat verib.

Digər şəhərlərin nümayəndələri də tədbirlərin yüksək səviyyədə keçirildiyini vurğulayıblar, bu cür toplantılarınn əhəmiyyyətindən danışıblar, Gəncədə onlara göstərilən qonaqpərvərlikdən məmnunluqla bəhs ediblər.

Görüşdə Avropa Gənclər Paytaxtları Şəbəkəsinin gələcək fəaliyyət planı müzakirə olunub, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti