...

İtalyan operaları "Parlaq Zəka"da (FOTO)

Cəmiyyət Materials 17 May 2016 15:07 (UTC +04:00)
"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib.
İtalyan operaları "Parlaq Zəka"da (FOTO)

Bakı. Trend:

"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib. Trend-in məlumatına görə, tamaşaçılar zəkaların "İtalyan operaları" mövzusunda olan mübarizələrini izləyiblər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Alademiyasının tələbəsi Nurlan Abdurrahmanov, sarı yolda Qafqaz Universitetinin tələbəsi Şamil Həsənli, yaşıl yolda isə Qafqaz Universitetinin tələbəsi İbrahim Talıbov mübarizə aparıb. Bu qarşılaşmanın qalibi olmayıb.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

İnformasiya dəstəyi- Trend.az, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti