...

Bakı bədii gimnastika üzrə Dünya Kubokuna hazırlaşır (FOTO)

Cəmiyyət Materials 16 İyul 2016 12:59 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun yekun mərhələsinə son hazırlıq başa çatır.
Bakı bədii gimnastika üzrə Dünya Kubokuna hazırlaşır (FOTO)

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun yekun mərhələsinə son hazırlıq başa çatır.

Trend-in məlumatına görə, yarışın iştirakçı ölkələrinin nümayəndə heyətləri artıq iyulun 12-dən Bakıya gəlməyə başlayıblar.

Qeyd edək ki, bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 20 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.

Yarışların ilk iki günü, 31 gimnast və 12 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.

Bu dəfə də, bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın Baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi Qala-konsert (24 iyul) gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti