...

İstilərdən sonra çay və transsərhəd çaylarda sululuq səviyyəsi açıqlandı

Cəmiyyət Materials 16 Avqust 2016 09:31 (UTC +04:00)
Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.
İstilərdən sonra çay və transsərhəd çaylarda sululuq səviyyəsi açıqlandı

Bakı. Trend:

Respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq ongünlük normanın 40-60 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, avqustun 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 30 m3/s olmaqla, ongünlük normanın 22 faizini təşkil edir. 2015-ci ildə bu rəqəm 75 m3/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 51 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2015-ci ildə bu rəqəm 12,5 m3/s olmaqla, ongünlük normanın 19 faizini təşkil edib.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Salyanda 2, Bankədə 12 və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 9 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370sm (2015-ci il avqustun 15-də 332 sm), Salyanda 147 sm (2015-ci il avqustun 15-də 97 sm), Bankədə 193sm (2015-ci il avqustun 15-də 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 83 sm (2015-ci il avqustun 15-də 46 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti