Rəsmi mövqe: Uzun illərdir ölkəyə Gülənin dinlə bağlı kitablarının idxalına icazə verilmir (MÜSAHİBƏ)

Rəsmi mövqe: Uzun illərdir ölkəyə Gülənin dinlə bağlı kitablarının idxalına icazə verilmir (MÜSAHİBƏ)

Bakı. Samir Əli - Trend:

Azərbaycanda radikal dini təşkilatların təbliğat materiallarının qarşısının alınması məqsədilə görülən tədbirlərlə bağlı Trend-in suallarını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov cavablandırıb:

- Ölkəyə gətirilən və Azərbaycanda nəşr edilən dini ədəbiyyatlara hansı qaydada nəzarət həyata keçirilir?

- Dövlət Komitəsi öz səlahiyyətlərinə uyğun olaraq dini ədəbiyyatın, dini məlumat materiallarının, eləcə də dini audio-video materialların Azərbaycana idxalına, ölkədə nəşrinə, istehsalına və yayılmasına müvafiq razılıqlar verir. Hər hansı dini kitab və nəşr ölkə qanunvericiliyinin tələblərini pozmursa, onun nəşrinə və ölkəyə idxalına icazə verilir. Həmin kitablar bizim şöbənin ekspertləri tərəfindən araşdırılır və qanunvericiliyə uyğun rəy verilir. Bununla yanaşı, biz hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı maddi sübut kimi götürülən dini ədəbiyyatlara, audio-video materiallara müvafiq ekspert rəyi veririk.

- Ötən il və cari ildə ölkəyə gətirilən və ölkədə nəşr olunan neçə adda dini ədəbiyyat yoxlanılıb və neçə adda kitabın yayılmasının qarşısı alınıb?

- 2015-ci ildə təkcə idxal edilən 672 adda dini məzmunlu ədəbiyyata baxılıb. Bu kitablardan 147-nin dini dözümsüzlük, ayrı-seçkilik, dini nifrət və düşmənçiliyi aşıladığına görə ölkəyə idxalına icazə verilməyib. Qalan dini ədəbiyyatların ölkəyə gətirilməsinə isə icazə verilib.

Həmçinin ölkədə dini ədəbiyyatın nəşr olunması ilə bağlı komitəyə 187 müraciət daxil olub. Həmin müraciətlərdən 5-nə razılıq bildirilməyib. Həmin dini ədəbiyyatların məzmununda dini nifrət və düşmənçilik aşılandığına görə ölkədə çapı məqsədəuyğun hesab edilməyib.

Ötən il, həmçinin hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətimiz olub. Ötən il hüquq-mühafizə orqanlarından komitəyə 506 adda dini kitab daxil olub. Onlardan 240 adda dini ədəbiyyatın zərərli olduğu aşkarlanıb. Bu barədə də hüquq-mühafizə orqanlarına müvafiq arayışlar verilib.  

Bu ilin 6 ayında da bununla bağlı fəaliyyətimizi davam etdirmişik. Bu müddətdə 630 adda dini məzmunlu ədəbiyyata baxılıb. Bunlardan 40 adda kitabın ölkəyə idxalına razılıq verilməyib. Çapla bağlı isə 128 müraciət daxil olub. Onlardan 3-nün çapı məqsədəuyğun hesab olunmayıb.

Son vaxtların statistikası göstərir ki, çapı və ölkəyə gətirilməsi məqsədəuyğun olmayan dini ədəbiyyatların sayında azalma müşahidə olunur. Bu azalma tempi ildən-ilə artır.

- Ölkəyə gətirilən dini ədəbiyyatlara hansı kriteriyalarla icazə verilir? Məsələn, sosial şəbəkələrdən istənilən məlumatları yaymaq və almaq mümkün olduğu bir vaxtda bu ədəbiyyatların ölkəyə kitab halında gətirilməsinə nə dərəcədə ehtiyac var?

- İstənilən halda yazılı məlumt materialı - kitab, audio-video material ən gözəl təbliğat vasitəsidir. Radikal qruplar internet üzərindən nə qədər məlumat əldə etsələr, yaysalar da, hər kəsin internetə çıxışı lazımi səviyyədə olmadığından daha çox yazılı məlumatları yaymağa çalışırlar. Hazırda Azərbaycanda bu tendensiyanın qarşısını ümumilikdə ala bilirik. Bu gün Azərbaycan mətbəələri bizim komitənin razılığı olmadan hər hansı bir dini ədəbiyyatı nəşr etmir. Çünki bilir ki, bu həm də hüquq pozuntusudur və buna görə məsuliyyət daşıyır. Azərbaycanda bu sahəyə ciddi nəzarət olunduğundan ciddi problem yoxdur.

- Çapına və ölkəyə idxalına icazə verilməyən kitablar əsasən hansı təriqətləri təbliğ edir?

- Azərbaycan qanunvericiliyində qeyd olunur ki, insanpərvərlik prinsiplərinə, yəni humanizmə zidd olan dinlərin və yaxud dini cərəyanların ölkədə yayılması qadağandır. Hər hansı insanın əqidəsinə, bu və ya digər etiqadına görə öldürülməsinə, hansısa formada fiziki zorakılığın tətbiqinə yol açan bir təriqət varsa, bu təriqətin yayılması qadağandır. Düzdür, Azərbaycanda məhkəmə tərəfindən fəaliyyəti qadağan edilən hər hansı təriqət mövcud deyil. Amma bütün hallarda qanunvericilikdə göstərilən prinsiplərə uyğun olaraq, biz həmin dini ədəbiyyatın məzmununa üstünlük veririk. Əgər məzmunda dünyəvi dövlət əleyhinə çağırışlar varsa, yalnız özlərinin haqlı olduğunu bəyan edən təriqət və məzhəblərin digərlərinə qarşı dini düşmənçilik yaradan fikirləri varsa, həmin dini ədəbiyyatın yayılmasına icazə vermirik. Bu ədəbiyyatların içərisində həm xristian cərəyanlarından olan yehova şahidlərinin, babtistlərin, adventistlərin, həm krişnaçıların, həm sələfilərin, həm xəvariclərin, həm nurçuların, həm Fəthullah Gülənin ideyalarını, həm də radikal şiəliyi təbliğ edən ədəbiyyatlar var. Bu ədəbiyyatların siyahısı mütəmadi olaraq gömrük orqanlarına və hüquq mühafizə orqanlarına təqdim edilir.

 - Son vaxtlar Türkiyədə Fəthullah Gülən camaatının (FETÖ) törətdiyi terrorun şahidi olduq. Azərbaycanda nurçular və FETÖ-çülərin olduğu bildirilir. Bunlara hansı səviyyədə nəzarət olunur?

- Ümumiyyətlə, nurçular və FETÖ camaatını ayrı-ayrı qiymətləndirmək lazımdır. Klassik nurçular siyasətə qarışmadıqlarını bəyan edirlər. Fəthullah Gülən camaatının fəaliyyəti barədə biz illər öncə müzakirələr aparırdıq, danışırdıq və KİV vasitəsilə çıxışlar edirdik. Türkiyədə bu hadisə baş verənə qədər biz Azərbaycanda bu təşkilatın savadlı insanları ələ almaqla dövlətin işinə müdaxilə etdiyini proqnozlaşdırırdıq. Türkiyədəki son hadisələr bunu göstərdi ki, onların planları baş tutmayanda silaha əl atır, çevriliş və qiyam etməkdən çəkinmirlər.

Qeyd edim ki, biz bu qrupa qarşı Türkiyədən öncə mübarizə aparmışıq. Bəziləri qeyd edir ki, Türkiyədən sonra bu şəbəkənin ikinci geniş yayıldığı ölkə Azərbaycandır, amma bu belə deyil. Hələ 2009-cu ildə qanunvericilikdə edilmiş dəyişiklikdən öncə Gülənin dini kitablarının, eləcə də onun çıxışlarından ibarət audio-video materialların kütləvi şəkildə ölkəyə gətirilməsi və yayılması Dövlət Komitəsi tərəfindən məqsədəuyğun hesab edilməyib. Azərbaycanda istər hüquq-mühafizə orqanları, istərsə də müvafiq qurumlar bu istiqamətdə lazımi fəaliyyət göstərib. Biz bu şəbəkəni əvvəldən təhlükə mənbəyi kimi görmüşük.

Uzun illərdir ki, biz Fəthullah Gülənlə bağlı kitabların ölkəyə idxalına icazə vermirik. Çünki onun ideyaları savadlı kadrları tapmaq, onları yüksək səviyyədə təhsil verməklə yetişdirmək və  müəyyən qurumlarda yerləşdirmək yolu ilə həmin orqanlarda gücə çevirməkdən ibarətdir. Bu tendensiya çoxdan müşahidə olunur. Ona görə də onun dinlə bağlı ədəbiyyatlarının ölkəyə gətirilməsinə razılıq verməmişik. Amma Gülən haqqında yazılmış, eləcə də onun müsahibələrindən ibarət müxtəlif dillərdə yazılmış çoxsaylı dini olmayan ədəbiyyatlar da  var. Bu ədəbiyyatlar dini ədəbiyyat hesab olunmadığına görə bizim onlara rəy vermək səlahiyyətimiz yoxdur.  

- Azərbaycanda nurçular və FETÖ-çülərlə bağlı icma fəaliyyət göstərirmi?

- Azərbaycanda hazırda dövlət qeydiyyatından keçən belə bir təşkilat yoxdur. Bir məsələ də var ki, hər hansı bir radikal və bölücü təriqət düşüncəsində olan insanların rəsmi icmasının olması mümkün deyil. Çünki icmalar qeydiyyata alınarkən yoxlamalar aparılır. Bu cür təşkilatlar yalnız qanundan kənar, gizli formada toplaşa, fəaliyyət göstərə bilərlər.

Məsələn, bilinir ki, nurçuların müəyyən formada dərsxanaları var və həftənin bəzi günlərində toplaşırlar. Bu barədə məlumatlar var. Amma Gülən şəbəkəsi gizli fəaliyyət göstərir ki, onlar məqsəd və məramları, bəzən dini kimlikləri də bəlli olmadan müəyyən sahələrdə oturuşmağı bacarırlar. Təbii ki, söhbət Azərbaycandan deyil, başqa ölkələrdən gedir.

20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Loading Bars
Xəbər lenti
"Yuventus" doqquzuncu dəfə İtlaiya Super Kubokunun qalibi oldu
Britaniyada bir sutkada koronavirusdan 1 820 nəfər ölüb
Bayden Den Smiti ABŞ dövlət katibi təyin edib
Türkiyədə son sutkada koronavirusdan 5 932 nəfər sağalıb
MDU-nun tələbə gəncləri 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
“Məqsəd o idi ki, Azərbaycan xalqının iradəsi sınsın, amma alınmadı” - 20 Yanvar faciəsinə xarici ekspertlərin baxışı “Hədəf”də
Çin ABŞ-ın 28 vətəndaşına qarşı sanksiya tətbiq edib
Ombudsman Aparatının əməkdaşı 20 Yanvar faciəsinə həsr edilmiş videokonfransda iştirak edib
Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Türkiyədə koronavirusa qarşı vaksinasiya olunanların sayı 1 milyonu ötüb
Ombudsmanın regional mərkəzləri tərəfindən 20 Yanvar faciəsi ilə bağlı onlayn tədbirlər keçirilib (FOTO)
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi
Bakıda yataqxana binasında yanğın olub
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Ən çox qar bu ərazilərə yağıb - Faktiki hava
Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Tramp son fərmanını imzaladı - Keçmiş məmurlar əfv olundu
Göyçayda keçmiş məhkumdan narkotik götürülüb (FOTO)
Azərbaycana yeni səfir təyin olunsa da, hələki vəzifəmi icra edirəm - Erkan Özoral
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev (VİDEO)
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Almaniyada karantin 14 fevrala qədər uzadılır
Portuqaliyanın İqtisadiyyat naziri koronavirusa yoluxub
Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb
Bütün xəbərlər