...

Marina Durunda : "Bədii gimnastika üzrə Olimpiya Oyunlarının finalında çıxış etmək böyük şərəfdir"

Cəmiyyət Materials 24 Avqust 2016 05:08 (UTC +04:00)
Marina Durunda : "Bədii gimnastika üzrə Olimpiya Oyunlarının finalında çıxış etmək böyük şərəfdir"
Marina Durunda : "Bədii gimnastika üzrə Olimpiya Oyunlarının finalında çıxış etmək böyük şərəfdir"

Bakı. Ənvər Məmmədov - Trend:

"Bədii gimnastika üzrə Olimpiya Oyunlarının finalında çıxış etmək böyük şərəfdir"

Trend-in məlumatına görə, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançı, gimnast Marina Durunda deyib.

"Təsnifatda ilk iki hərəkətin nəticəsi yaxşı deyil idi və mən artıq xalçaya sonuncu dəfə kimi çıxırdım. Mənə görə Azərbaycanı Olimpiadada layiqli təmsil etmək çox vacib idi, biz sona qədər inanırdıq ki, finala vəsiqə qazanacayıq və belədə oldu", - deyə Durunda bildirdi.

Gimnast qeyd etdi ki, onun üçün başlıca məqsədi 2020-ci ildə Tokioda keçiriləcək növbəti Olimpiadaya hazırlıq olacaq: "Qarşıda bizi yeni Olimpiya mərhələsi gözləyir, biz də məşq edib və çalışacağıq ki, artıq Tokioda medallara iddia edə bilək ", -  Azərbaycan gimnastı dedi.

Qeyd edək ki, Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar.

Rio-2016-da Azərbaycan idmançıları ilk dəfə 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti