...

8 yaşından 55 yaşınadək şəxslərin təhsil ala biləcəyi yeni akademiya

Cəmiyyət Materials 19 Sentyabr 2016 10:27 (UTC +04:00)
9 nömrəli Bakı Peşə Liseyinin əsaslı təmir olunmuş tədris korpusunun bazasında fəaliyyət göstərəcək IT STEP akademiyasında 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala biləcək.
8 yaşından 55 yaşınadək şəxslərin təhsil ala biləcəyi yeni akademiya

Bakı. İlhamə İsabalayeva - Trend:

9 nömrəli Bakı Peşə Liseyinin əsaslı təmir olunmuş tədris korpusunun bazasında fəaliyyət göstərəcək IT STEP akademiyasında 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala biləcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılan IT STEP akademiyasının təqdimatında bildirib.

F.Mustafayev bildirib ki, IT STEP akademiyası “Maksimum təcrübə, minimum nəzəriyyə” prinsipi əsasında təşkil olunub və tədris bu gün ən aktual, yüksək məvacibli peşələrə yiyələnmək istəyənlər üçün maraqlı imkanlar açır.

Akademiyanın təsisçisi Dmitriy Korçevskiy qeyd edib ki, 1998-ci ildən dünyanın 17 ölkəsində 44 filial şəbəkəsi ilə fəaliyyət göstərən IT STEP akademiyasının tədris proqramı təcrübəli mütəxəssislər tərəfindən beynəlxalq standartlar əsasında tərtib olunub. STEP kompüter akademiyasında tədris IT sahəsində yüksək qiymət almış, unikal müəllif metodikası əsasında təşkil edilib.

Akademiyada 3 ixtisas sahəsi - kompüter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanacaq.

IT STEP-i bitirən müdavimlərə Təhsil Nazirliyi tərəfindən verilən diplomla yanaşı, “Cisco Microsoft” və “Autodesk”şirkətlərinin sertifikatları da təqdim olunacaq.

Akademiyada 17 kompüter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya, 260 nəfərlik konfrans və idman zalları fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti