...

Bakıda baş verən oğurluq film çəkilişlərinə mane ola bilmədi

Cəmiyyət Materials 23 Sentyabr 2016 13:25 (UTC +04:00)
Aparıcı Murad Dadaşovun rəhbəri olduğu "M Group Production"ın həyata keçirdiyi "Bayram axşamı" adlı filmin çəkilişi zamanı milli geyimlər oğurlansa da, çəkilişlər hazırda davam etdirilir.
Bakıda baş verən oğurluq film çəkilişlərinə mane ola bilmədi

Bakı. Samir Əli - Trend:

Aparıcı Murad Dadaşovun rəhbəri olduğu "M Group Production"ın həyata keçirdiyi "Bayram axşamı" adlı filmin çəkilişi zamanı milli geyimlər oğurlansa da, çəkilişlər hazırda davam etdirilir.

Bu barədə Trend-ə M.Dadaşov özü məlumat verib. Onun sözlərinə görə, çəkiliş zamanı bəzi paltarlar müəmmalı şəkildə oğurlansa da, işlər davam etdirilir: "Böyük istehsalatlarda belə halların olması təbiidir. O qədər də əhəmiyyət verib arxasınca düşməmişəm. Sadəcə, hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermişik. Sağ olsunlar, onlar da bu məsələ ilə ciddi maraqlanırlar, axtarışlar davam etdirilir. Əsas odur ki, bu hadisə bizim işimizə mane olmadı, iş dayanmadı. Çəkilişlərimiz davam edir, hər şey normaldır".

Qeyd edək ki, Bakı şəhəri, Səbail rayonu, İçərişəhər ərazisində M.Dadaşovun layihə rəhbəri olduğu filmin çəkilişləri zamanı aktyorların istifadə etdikləri paltarlar və milli geyimlər naməlum şəraitdə oğurlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti