Binəqədidə 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib (FOTO)

Binəqədidə 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib (FOTO)

Bakı. Trend:

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2016-cı ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. İcra Hakimiyyətinin
İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb. Xaləddin İsgəndərov vurğulayıb ki, dünyada təhlükələrin artması, iqtisadi böhranın daha da dərinləşməsi və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkməsi göz önündədir. Bununla belə Azərbaycanda uğurlu inkişafın təmin edilməsi, ictimai-siyasi vəziyyətin sabitliyi, ölkə qarşısında duran vəzifələrin həll olunması respublikada aparılan məqsədyönlü və hərtərəfli siyasətin nəticəsidir.

Ölkəmizdə keçirilən referendum barədə danışan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, referendum demokratik, ədalətli və tam şəffaf şəkildə keçirildi. Xaləddin İsgəndərov Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdiyini, bunun da siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstək olduğunu xüsusilə vurğulayıb.

Qeyd edilib ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq Binəqədi rayonunun sosial-iqtisadi həyatında da bir sıra nəticələr əldə edilib, sənaye sahəsində 153 milyon 37 min manatlıq məhsul istehsal edilib, nəqliyyat sektorunda 0,2%, artım müşahidə olunub, rabitə müəssisələri tərəfindən isə 4630,1 min manat xidmət göstərilib. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam edib və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 906 milyon 927 min manatlıq istehlak malları satılıb. Tikinti sektorunda bütün maliyyə mənbələri hesabına 18 milyon 994 min manat əsas fondlar istifadəyə verilib. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı isə 386,2 manat təşkil edib.

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 285 milyon 145 min manat təşkil edib. 2016-cı ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən xidmətlərin 15,8%-i dövlət müəssisələrinin payına düşüb. Binəqədi rayonu ərazisində fevral ayının 1-dən iyun ayının 31-dək 1290 yeni iş yeri açılıb ki, bunun da 1159-u daimi iş yerləridir. Xaləddin İsgəndərov bildirib ki, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2016-cı ilin 9 ayı ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, bu istiqamətdə işlər bu gündə davam etdirilməkdədir. Rayonda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların firavan yaşayışı üçün zəruri infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunub.

Həmçinin, Azadlıq prospektinin yenidən qurulması və yolun genişləndirilməsi işləri həyata keçirilib. Yenidənqurma və yolun genişləndirilməsi zamanı 4030 p/m mərmər səki daşları düzülüb, əraziyə 45200 m2 yeni asfalt örtüyü salınıb. Yenidənqurma işləri başa çatdırıldıqdan sonra prospekt boyunca Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yol kənarlarında yaşıllıq zolağı salınaraq 28109 m2 çəmən örtüyü, 116 ədəd dekorativ ağac və 21802 ədəd müxtəlif növ bəzək gül-çiçək kollarının əkilməsi işlərinə başlanılıb və bu istiqamətdə işlər bu gündə davam etdirilməkdədir. Bundan əlavə rayon ərazisində məhəllədaxili yollarda və Azadlıq prospektində 67 200 кv.m, Binəqədi qəsəbəsində 2000 kv.m, M.Ə.Rəsulzadə qəsəbəsində 5320 kv.m asfalt örtüyü salınmışdır. Hesabat dövründə 74520 kv.m asfalt örtüyü salınıb.

Sonra hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qeyd edib ki, hesabat dövrü ərzində sakinlərin kommunal səhədə, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemləri öz müsbət həllini tapıb. Hesabat dövrü ərzində əlamətdar hadisələrdən biri Prezident İlham Əliyevin Binəqədi rayonunda əsaslı təmir edilmiş 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılmış IT STEP akademiyasında görülən işlərlə tanış olmasıdır. Rayon İcra Hakimiyyəti başçısının müavini qeyd edib ki, dövlətimizin başçısına Liseyin tədris korpusunun əsaslı təmir olunması və burada tədris olunacaq sahələr barədə ətraflı məlumat verilib.

Aygün Əliyeva bir neçə gün əvvəl oktyabrın 11-də Qazaxıstan nümayəndə heyəti ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzində olmasını vurğulayıb. Bildirib ki, bununla da məşğulluq xidməti işçilərinin say həddi ümumilikdə 2,5 dəfə artırılıb və artıq ölkədə əhalinin hər 10,7 min nəfərinə bir nəfər məşğulluq xidməti əməkdaşı fəaliyyət göstərir ki, bu da müvafiq sahədə icra strukturunun kadr potensialının mütərəqqi dünya təcrübəsində mövcud olan normalara uyğunlaşdırılmasına imkan verib.

Yığıncaq Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi Rayon sektorunun müdiri Abuş Məmmədovun 2016-cı ilin 9 ayı ərzində qaçqın və məcburi köçkünlərin mənzil və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə çıxışı ilə davam etdirilib. Sonra yığıncaqda Binəqədi RİH başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmmədov Mübariz Hidayət oğluna Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı tədqim edilib. O cümlədən, yığıncaqda Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə təhsil işçiləri Xudiyeva Xatirə Rafiq qızı və Məmmədova Sənubər Abdulrəhim qızı “Tərəqqi” medalı ilə təltif edilmələri, Bayramova Gülnar Abbas qızı “Əməkdar müəllim” fəxri adı verilməsi, həmçinin 8 saylı Binəqədi birinci Dairə Seçki Komissiyasının katibi Məhəmməd Əliyarov 55 illik yubileyi münasibətilə təbrik olunublar.

Şura iclasının qərarı oxunduqdan sonra iclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.

“Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) Günü-2021” qeyd edilib (FOTO)
“Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) Günü-2021” qeyd edilib (FOTO)
AzMİU-ya qəbul olan abituriyentlərin qeydiyyat prosesi onlayn qaydada davam edir (FOTO)
AzMİU-ya qəbul olan abituriyentlərin qeydiyyat prosesi onlayn qaydada davam edir (FOTO)
DGK yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılan Seçki Komissiyası elan yayıb
DGK yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılan Seçki Komissiyası elan yayıb
Loading Bars
Xəbər lenti
Alyaska sahillərində güclü zəlzələ olub
Dünya Bankı "Doing Business" hesabatından imtina etdi
"Qarabağ" Konfrans Liqasında ilk matçını keçirib (ƏLAVƏ OLUNUB)
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
Goranboyda ikimərtəbəli ev yanıb
“Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) Günü-2021” qeyd edilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 32 249 nəfər sağalıb
Azərbaycanda yeni nəsil onlayn kassalar üzrə dövriyyə 2 dəfədən çox artıb
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
İƏT nümayəndə heyəti Şuşada törədilmiş vandalizm hallarının monitorinqini aparıb (FOTO)
Gələn il Dünya İqtisadi Forumunun keçiriləcəyi tarix məlum olub
"Üç qardaş - 2021”: Xüsusi təyinatlılar müxtəlif şəraitdə döyüş tapşırıqlarını uğurla icra ediblər (VİDEO)
Samuxda ev yanıb
"WhatsApp"da yeni funksiya işə salınıb
Hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib (FOTO/VİDEO)
Zakir Həsənov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Tanınmış dirijor Nizami Məmmədov vəfat edib
Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesini tezliklə işə salmağa çağırır
Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub (FOTO)
Bakı-Supsa kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb
AzMİU-ya qəbul olan abituriyentlərin qeydiyyat prosesi onlayn qaydada davam edir (FOTO)
AŞ PA Ermənistanı Azərbaycanın işğal altında olmuş ərazilərində bütün mina xəritələrini verməyə çağırıb
Özbəkistanda işğaldan azad olunmuş Azərbaycan ərazilərində abidələrin bərpası müzakirə edilib (FOTO)
Yeni tədris ilində bəzi məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq
DGK yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılan Seçki Komissiyası elan yayıb
Fransalı deputatların Azərbaycan ərazilərinə qanunsuz səfəri sülh quruculuğu səylərinə xələl gətirir - Ceyhun Bayramov (FOTO)
Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? - AÇIQLAMA
Ötən tədris ilində 20 direktorun əmək müqaviləsi ləğv edilib
Həyat yoldaşını güllələyib öldürən hakimin məhkəmə istintaqı başa çatdı
Sentyabrın 17-nə USD/AZN rəsmi məzənnəsi
Abşeronda qanunsuz işləyən kafedə 11 nəfər saxlanıldı (VİDEO)
Müəllimlərin işə qəbul müsabiqəsi il ərzində bir neçə dəfə keçiriləcək
“Britaniya uşaq folkloru: poeziya” adlı dərs vəsaiti işıq üzü görüb
Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib
MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinə kitablar hədiyyə edilib (FOTO)
Abşeronda quldurluq və soyğunçuluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)
İti su kanalına atan şəxs cəzalandırıldı
Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb
Azərbaycan Notariat Palatası Mətbuat xidməti üzrə mütəxəssis və məsləhətçi vəzifələrinə vakansiya elan edir
Rəfael Cəbrayılovun məhkəməsi təxirə salındı - SƏBƏB
Bu il 35 minə yaxın şəxsə əlillik təyin edilib (FOTO)
“TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib (FOTO/VİDEO)
Məhkəmə Ramiz Göyüşovdan rüşvət alan jurnalisti ev dustaqlığına buraxmayıb
Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb
“SUN” markası növbəti maarifləndirmə layihəsi reallaşdırıb (FOTO)
Azərbaycana iki ölkədən quş əti gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb
Kapital Bank-ın korporativ hesab ödənişləri “MilliÖn” terminallarında!
İƏT nümayəndə heyətinin Şuşaya səfəri başlayıb
Xəzər rayonunda avtomobil yollarının yenidən qurulması işlərinə beş milyon manat ayrıldı
Məhkəmə hakimlərinin iş stajı ilə bağlı qanuna dəyişiklik edilir
Nazirlər Kabineti unun qiyməti ilə bağlı qərar verib
Əlilliklə bağlı sistemdə aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlıq müzakirə olunub
Suraxanıda Nizami İsmayılov küçəsi əsaslı şəkildə təmir olunub (FOTO)
“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul
Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı (FOTO)
Avropada qaz ucuzlaşmağa başlayıb
Prezident İlham Əliyev Eldar Məmmədəliyevi fəxri diplomla təltif edib
Azərbaycan Turizm Bürosu məşhur beynəlxalq platformada onlayn kampaniyaya start verib (FOTO)
KOB-ların uçot və hesabatlığının sadələşdirilməsinə ehtiyac var - KOBİA
Baş Prokurorluq müraciətlərə baxılması qaydaları ilə bağlı məlumat yayıb (FOTO/VİDEO)
TAP hidrogen nəqli ilə bağlı tədqiqatların nəticələrini gələn il açıqlayacaq
Təhsil Nazirliyinin yeni portalı təqdim olunub
"Skoda" avtomobil istehsalını bir həftəlik dayandıracaq
AzMİU-ya qəbul olan abituriyentlərin qeydiyyat prosesi onlayn qaydada davam edir (FOTO)
Salyanda vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib
Təhsil haqlarının ödənişi üçün yeni sistem istifadəyə verilib
Nazirlik elektron portalda bəzi vətəndaşların diplom məlumatlarının çıxmamasına aydınlıq gətirib
Fransada məktəbliləri aparan avtobus qəzaya uğrayıb - Onlarla xəsarət alan var
Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab
İranda ötən sutka 453 nəfər koronavirusdan ölüb
Ermənilərin dağıtdığı 36 məktəbdə təmir-tikinti yekunlaşıb
Vaksinasiya nə qədər çox olsa, o qədər müsbət nəticə əldə edərik - Hande Harmancı
Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib (FOTO)
Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub
Daha 29 qazi yüksək texnologiyalı protezlərlə təmin olunacaq
Bu il Azərbaycanda ölüm hallarının sayı açıqlanıb
4 saylı Bakı DOST Mərkəzində Vətən müharibəsinin ildönümünə həsr olunmuş sərgi keçiriləcək
Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağan ediləcək - XİN
Valideynlər məktəb binasına buraxılmayacaq - Nazirlik
Hava dəyişir: Güclü külək əsəcək, yağış yağacaq
Körpə və cavan heyvanlarda rast gəlinən təhlükəli xəstəlik
Xarkov şəhərində Nizami Gəncəvinin abidəsi ucaldılıb (FOTO)
Avropaya daşınan Azərbaycan qazının həcmi 5 milyard kubmetrə çatıb (ƏLAVƏ OLUNUB)
Kafedə tələbəni qətlə yetirən şəxsin məhkəməsi başlayır
Tvinninq layihənin rəhbər komitəsinin növbəti iclası keçirilib (FOTO)
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bakının işğaldan azad olunmasının 103 illiyi ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)
Çində vaksin olunanların sayı 1 milyardı ötüb
Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə davam etdirilir (FOTO)
Səyavuş Aslanın oğlu öz istəyi ilə sığınacağı tərk edib - Agentlik
DSX Xəzərdə taktiki təlimlər keçirib (FOTO)
Bu il yeni dərsliklər istifadəyə veriləcək
Ötən il əlilliklə bağlı 78 min göndərişin 70 faizi əsassız olub
Gözdən əlil şəxs sürücülük vəsiqəsi alıb - Agentlik sədri (FOTO)
Bakıda 29 yaşlı gənc qətlə yetirilib
Məktəblərdə imtahanların sayı azaldıla, kurrikulum sadələşdirilə bilər - RƏSMİ
Azərbaycanda yeni bank olmayan kredit təşkilatı qeydiyyata alınıb
Bütün xəbərlər