Bakı. Ənvər Məmmədov - Trend:
Almaniyanın "Lufthansa" aviaşirkətinin əməkdaşlarının tətili nəticəsində bugünkü Bakı reysləri təxirə salınıb.
Bu barədə Trend-ə "Lufthansa"nın Bakı ofisindən məlumat verilib.
Məlumata görə, bu günə iki reys planlaşdırılmışdı: Aşqabad-Bakı və Bakı-Frankfurt.
Dekabrın 2 və 3-nə planlaşdırılan reyslərin isə cədvələ uyğun olaraq həyata keçiriləcəyi bildirilib.
"RİA Novosti" agentliyinin məlumatına görə, tətil səbəbindən "Lufthansa"nın noyabrın 29 və 30-na təyin olunan 1700 reysi, o cümlədən 88 qitələrarası reys təxirə salınıb.
Qeyd edək ki, tətil edən pilotlar əməkhaqlarının 22 faiz artırılmasını tələb edirlər.