...

Buxarestdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2016 15:42 (UTC +04:00)
Bu gün ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anım mərasimi keçirilib.
Buxarestdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Bu gün ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, anım mərasimində səfirliyin, “SOCAR Petrolium SA” şirkətinin nümayəndələri, Qara Dəniz-Xəzər Dənizi Tərəfdaşlığı və Əməkdaşlığı üzrə Beynəlxalq Fondun əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, büstü önünə əklillər qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti