...

Sabah bir neçə rayonda qaz olmayacaq

Cəmiyyət Materials 13 Dekabr 2016 17:25 (UTC +04:00)
Hacıqabul və Ağdaş magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq.
Sabah bir neçə rayonda qaz olmayacaq

Bakı. Trend:

Sabah saat 10:00-dan 15:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qubaxəlilli”, saat 10:00-dan 18:00-dək Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

Məlumata görə, təmir müddətində aparılan işlərin saat 10:00-dan 15:00-dək İsmayıllı rayonunun, 10:00-dan 18:00-dək Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti