...

Məktəblərdə "Dövlət bayrağının tarixi" mühazirələri keçirilir (FOTO)

Cəmiyyət Materials 17 Yanvar 2017 11:42
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda mühazirələr davam edir.
Məktəblərdə "Dövlət  bayrağının tarixi" mühazirələri keçirilir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda mühazirələr davam edir.

İdarədən Trend-ə verilən məlumata görə, mühazirələr məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə təşkil olunur.

Ümumi təhsil məktəblərinin VIII, IX və X siniflərində keçirilən mühazirələrdə Azərbaycanın dövlət atributları barədə ətraflı məlumat verilir, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanır. Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə 2016-cı ilin noyabr-dekabr aylarında da paytaxtın bir sıra ümumi təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda mühazirələr təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti