IV Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Oğuzda olub (FOTO)

IV Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Oğuzda olub (FOTO)

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi bu gün fəaliyyətini davam etdirib.

Fonddan Trend-ə verilən məlumata görə, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının katibi keşiş Mefodiy və Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgə qazisi Hacı Kamran Məmmədovun da iştirak etdiyi toplantıda Portuqaliyanın Lusofona Universitetinin Dinşünaslıq Departamentinin müdiri professor Paulo Pintonun “Dinlərarası dialoq” və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri Nicat Məmmədlinin “Azərbaycandakı dini müxtəliflik” mövzusunda mühazirələri dinlənilib.

Mühazirədə Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığı diqqətə çatdırılıb: “Azərbaycan ərazisində dini təsəvvür və əqidələr ən qədim zamanlardan mövcuddur. Qədim azərbaycanlılar arasında əcdadların ruhlarına, qayalara, ağaclara, müxtəlif təbiət hadisələrinə və xüsusən də səma cisimlərinə pərəstiş güclü olub. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxıb. Oda pərəstiş, xüsusilə, Cənubi Azərbaycanda geniş vüsət almışdı. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda Atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir. Atəşpərəstlərin məbədi "Atəşgah" adlanır. Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgahlar olub. Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə xidmət üçün 18-ci əsrdə tikilib. Qafqaz Albaniyasında Atəşpərəstlik Xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilib.

Azərbaycanda geniş yayılmış dinlərdən biri də Zərdüştilik olub. Zərdüştilik vəhy dinlərinin ən qədimi hesab olunur. Qədim yunan və orta əsr müsəlman tarixçiləri, həmçinin bir çox sonrakı tədqiqatçılar Azərbaycanı Zərdüştiliyin vətəni hesab edirlər.

Azərbaycan tarixində özünəməxsus yeri olan dinlərdən biri də İudaizmdir. Ölkəmizdə üç yəhudi icması mövcuddur: dağ yəhudiləri, Avropa yəhudiləri (aşkenazilər) və Gürcüstan yəhudiləri. Bunlardan ən qədimi dağ yəhudiləri sayılır. Məlumata görə, dağ yəhudiləri buraya Sasani hökmdarı I Xosrov Nuşirəvan tərəfindən köçürülüblər. Avropa və gürcü yəhudiləri isə, Azərbaycana təxminən 200 il əvvəl XIX əsrdə gəlməyə başlayıblar. Tarixən Azərbaycan xalqı burada yaşayan yəhudilərə müsbət yanaşıb, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə onlara doğma münasibət göstərib. Hazırda paytaxt Bakı daxil olmaqla, Quba və Oğuz şəhərlərində 7 sinaqoq fəaliyyət göstərir.Onlardan 6-sı Dağ yəhudilərinə, 1-i isə Avropa və Gürcüstan yəhudilərinə aiddir.
Azərbaycanda xristianlıq yeni eranın ilk əsrlərində yayılmağa başlayıb. Qafqaz Albaniyasında xristianlığı ilk dəfə yayan apostol Faddey olub. Onun missiyasını sonra şagirdi Yelisey davam etdirib. Yelisey Aqvanın Qis adlı yerində (Şəkinin Kiş kə ndi) Qafqazın ilk xristian məbədini inşa etdirib. Qaynaqlarda bu məbəd “Şərq kilsələrinin anası” adlandırılır. IV əsrdən başlayaraq Qafqaz Albaniyasında Xristianlığın yayılması yeni mərhələyə qədəm qoyub. 313-cü ildə Roma imperatoru Konstantin Xristianlığa etiqad üzərindən qadağanı götürdükdən sonra Alban hökmdarı Urnayr Xristianlığı dövlət dini elan edib. VII əsrdə ərəblərin Azərbaycana gəlişindən və Qafqaz Alban dövlətinin süqutundan sonra Xristianlıq bölgədə zəifləməyə başlayıb. Hazırda Azərbaycanda 13 kilsə fəaiyyət göstərir.

Ərəblərin ölkəyə gətirdiyi yeni monoteist din – İslam xalqımızın milli-mənəvi tarixində və mədəniyyətində əhəmiyyətli rol oynayıb. İslamın Azərbaycanda yayılması bir neçə mərhələni əhatə edib. Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi ilə bitir. Bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur. İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinəqədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Səcdilər dövlətləri yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır. Üçüncü mərhələdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır. Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəb olur. Sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bilirlər. Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır. Hürufilik güclənir. Altıncı mərhələ Səfəvilərin və XVI əsrdən etibarən Osmanlıların hakimiyyəti dövrü ilə bağlıdır.

Azərbaycanın Rusiya imperiyasına ilhaq edildikdən sonra Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Azərbaycan Demokratik Respublikası yaranana qədər Cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzimlənib.

SSRİ dağıldıqdan sonra Azərbaycan din sahəsində yeni mərhələyə adlayıb. Ölkəmizdə dinin təbliğinə və yayılmasına şərait yaradılıb, bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə bir çox dini-tarixi abidələr bərpa və restavrasiya edilib, dini maarifçilik işinə xüsusi diqqət göstərilib. Bu iş hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Nicat Məmmədli Azərbaycanda adıçəkilən dinlərlə yanaşı digər azsaylı dini icmaların da qeydiyyatdan keçərək fəaliyyət göstərdiyini vurğulayıb.

Professor Paulo Pinto dinlərarası dialoqun dünyada bəzi separatçı qruplaşmaların dini və milli amillərdən istifadə edərək qarşıdurmalar yaratdığı, terror törətdiyi, qətliamlar həyata keçirdiyi müasir zamanda bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunmasının, sülhün və əmin-amanlığın bərqərar olması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Mühazirəçi həmçinin Azərbaycanın həmişə sülhpərvər mövqe nümayiş etdirməsindən, dinlərarası dialoqa verdiyi töhfələrdən söz açıb.

Mühazirədə qış məktəbi iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Günün ikinci yarısında IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Oğuz rayonuna səfər ediblər, buradakı “Yəhudi məhəlləsi”ndə yerli yəhudi icmasının nümayəndələri ilə görüşüblər, Yuxarı və Aşağı məhəllə sinaqoqlarını ziyarət ediblər.

İranda sutka ərzində 7 minə yaxın şəxs koronavirusa yoluxub
İranda sutka ərzində 7 minə yaxın şəxs koronavirusa yoluxub
Fransanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
Fransanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
Rusiyada ikinci koronavirus vaksininin istehsalı başlayıb
Rusiyada ikinci koronavirus vaksininin istehsalı başlayıb
Loading Bars
Xəbər lenti
Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub - Müdafiə Nazirliyi
Ermənistan döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə də sahib çıxmır - Prezidentin köməkçisi
Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil - Hikmət Hacıyev
Azərbaycan XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı məlumat yaydı
27 ildən sonra işğaldan azad edilən bölgələrin xəbərini almaq bizi çox xoşbəxt edir - Ömər Çelik
Ermənistanın ağır artilleriya zərbələri nəticəsində Bərdədə 5 fərdi evə ciddi ziyan dəyib - FHN (FOTO/VİDEO)
Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə ziyanın qarşısını alacaq - UNEP
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb
Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb - Hikmət Hacıyev (FOTO)
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir - Rauf Əliyev
Azərbaycan Ordusu yeni dövrün yeni tarixini yazır - Deputat
Prezidentə yazırlar: Cəbhədə şanlı Ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır
İran Qarabağ münaqişəsi ilə əlaqədar planını tərəflərə açıqlayacaq – Zərif
Çavuşoğlu və Lavrov Qarabağdakı vəziyyəti müzakirə edib
Ermənistan rəhbərliyinin uşaq öldürmək siyasəti davam edir - Hikmət Hacıyev
Baş Prokurorluq Bərdədə erməni terroru nəticəsində ölənlərin adlarını açıqladı
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində ölənlərin sayı 4-ə çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bərdədə həlak olanlardan biri 8 yaşlı uşaqdır
Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edilib (FOTO)
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində qadın və uşaqlar da yaralanıb - Hikmət Hacıyev
Gəncədə istintaq təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə görüş keçirilib
Oktyabrın 28-də manatın dollara qarşı məzənnəsi
Qubada sağalmadan evdən çıxan COVİD-19 xəstəsi barədə araşdırma başlayıb
Goranboy, Tərtər və Bərdə rayonlarının əraziləri atəşə tutulur
Tehran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olmağa hazırdır
Terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün yeni metod hazırlanıb
Ermənistan rəhbərliyi doğrudan da sülh istəyirsə, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa başlasın - Ceyhun Bayramov
Ermənistan Dağlıq Qarabağ münaqişəsinə üçüncü tərəfləri cəlb etməyə çalışır - Fuad Muradov (FOTO/VİDEO)
Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi - İNFOQRAFİKA (FOTO)
İran Xudafərin və Qız Qalası hidroqovşaqlarından istifadə ilə əlaqədar danışıqlara hazırdır
Azərbaycanın işğaldan azad edilmiş əraziləri ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək
Boykot çağırışı Türkiyə iqtisadiyyatına ciddi təsir etmək imkanında deyil - Vüsal Qasımlı
Ermənistan bu müharibəyə uzun müddət dayana bilməyəcək, iflas edəcək - İİTKM
Qondarma rejimin "müdafiə naziri" belə məhv edildi (VİDEO)
Erməni tankları ermənilərə qarşı (FOTO)
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
İnsanların yarısı maskanı çənəsində gəzdirir - TƏBİB rəsmisi
Ermənistanda Paşinyanın istefası tələb olunur
Ermənistanın itirdiyi hərbi texnika və sursatı bərpa etməyə 25 il vaxt lazımdır - Vüsal Qasımlı (FOTO)
Döyüşlər başlayandan Ermənistanın hərbi itkilərinin dəyəri açıqlanıb
Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Euronews” əməkdaşlarına hücum bir daha Ermənistanın simasını göstərir - XİN (VİDEO)
Dağlıq Qarabağ üzrə danışıqlarda istənilən ölkənin iştirakı üçün Bakı və Yerevanın razılığı vacibdir - Peskov
FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Lüksemburqda erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycana təzyiqlər göstərilsə də Prezident İlham Əliyev haqq yolunda mübarizəsindən dönmədi - Politoloq
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub (FOTO)
Vətəndaşların nəzərinə: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir (FOTO)
Qarabağ Azərbaycana aiddir – İranın nüfuzlu din xadimi
42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb
“Azərenerji” arxa cəbhədə gücünü səfərbər edib (VİDEO)
II Qareginin müharibə çağırışı heç bir dini çərçivəyə sığmır - Robert Mobili
BSU-nun kollektivi Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə müraciət edib
Baş prokuror Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb
Əli silahlı erməni "din" adamları - Erməni kilsəsi qan və terror istəyir (FOTO)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib
İranda sutka ərzində 7 minə yaxın şəxs koronavirusa yoluxub
180 min manat gecikdirilmiş ödənişlərin işçilərə ödənilməsi təmin edilib
Fransanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
Ermənistan ordusunda qan çatışmazlığı müşahidə olunur
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Rusiyada ikinci koronavirus vaksininin istehsalı başlayıb
Mətbuat Şurası “Euronews”un çəkiliş qrupunun Ermənistan tərəfindən atəşə tutulması ilə bağlı müraciət yayıb
Ermənistan əks-kəşfiyyat idarəsinin rəisi işdən çıxarılıb
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin yeni siyahısını açıqlayıb
Yaralandı, amma silahdaşlarını döyüş meydanında tək buraxmadı (VİDEO)
Ermənistan işğal altında saxladığı ərazilərdə narkotik əkib-becərməklə məşğul olub - Nazir müavini
Ermənistanın təxribatları danışıqları mənasız edir - Deputat
Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır - Deputat
İlahiyyat İnstitutunun rektoru Beynəlxalq Forumda iştirak edib (FOTO)
Ermənistan sərhəd qoşunlarının itkilərini açıqlayıb
Zəngilan və Qubadlı rayonları strateji vacib ərazilərimizdir - Millət vəkili
SOCAR AQS-yə yeni baş direktor təyin edilib
Neft Fondunun yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlanıb
Ermənistanın Gəncəyə raket hücumu nəticəsində həlak olanların xatirəsi Belarusda yad edilir (FOTO)
Məşhur rusiyalı müğənni koronavirusa yoluxub
Ermənistan KTMT-də “Troya atı” rolunu oynayır - Türkiyə hökuməti
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb
Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI
İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir
İşçilərin icbari tibbi sığortasını işəgötürən təmin edəcək - Parlament təsdiqlədi
Azərbaycanı, onun hüquqi haqqını dəstəkləyirik - Pakistan səfiri
Trampın seçki kampaniyasında Gəncə terroruna etiraz edildi (FOTO)
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - MN
Sabahın hava proqnozu açıqlanıb
Rusiyada rekord sayda koronavirus xəstəsi öldü
Ermənistanda xidmət edən hər bir rusiyalı əsgər, bir erməni əsgərinin Dağlıq Qarabağa yollanmasına imkan yaradır
Londonda Consonun ofisi qarşısında Gəncə terroruna etiraz edilib
Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilir
Paşinyanın məşhur “Kokeyşn Büro”su və tarixi həqiqətlər (SƏNƏD)
Ermənistanda idarəçilik mexanizmi ciddi problemlə üz-üzədir
Virusa karantin qaydalarına riayət etməklə qalib gələ bilərik - DİN-dən müraciət
Ermənilərə silah yardımı göstərmək ikiüzlülük və xainlikdir - Devlet Bahçeli
Artıq hamımız köç əhval-ruhiyyəsindəyik - Qubadlı sakini - FOTO
Azərbaycan nefti ucuzlaşır
Başıaşağı erməni zabitləri - Bunkerdə keçirilən iclas (FOTO)
Azərbaycan apardığı mübarizədə Ermənistan və tərəfdarları ilə üz-üzədir - Deputat
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiq edildi
Ermənistan ərazisində sərhəd zastavasının vurulması yalandır - MN
Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır
Bütün xəbərlər