...

Deputat: Aprel döyüşləri erməni miflərini tamamilə dağıtdı

Cəmiyyət Materials 3 Aprel 2017 08:00 (UTC +04:00)
Aprel döyüşləri ilə Azərbaycan Ordusu “ermənilərin sarsılmaz olması” miflərini tamamilə dağıdıb.
Deputat: Aprel döyüşləri erməni miflərini tamamilə dağıtdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Aprel döyüşləri ilə Azərbaycan Ordusu “ermənilərin sarsılmaz olması” miflərini tamamilə dağıdıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Azərbaycan Ordusunun ötən il aprel ayının ilk günlərində ermənilərin etdiyi təxribata çox layiqli cavab verdiyini deyən deputat bildirib ki, bu döyüşlər ermənilərə və dünya ictimaiyyətinə çox ciddi mesaj da verdi:

“Azərbaycan həm ermənilərə, həm də bütün dünyaya göstərdi ki, ordumuzun çox ciddi, müasir, peşəkar qüvvələri var və ölkəmiz istənilən zaman öz torpaqlarını işğaldan azad edə bilər. Azərbaycan sadəcə olaraq, itkilər olmasın deyə, bu münaqişəni sülh yoli ilə həll etmək istəyir. Azərbaycan sülhü tezliklə əldə etmək üçün beynəlxalq ictimiayyətdən ciddi dəstək gözləyir. Azərbaycan müasir, güclü Ordusunu daha da gücləndirəcək. Ordumuz hər zaman ermənilərin təxribatlarına layiqli cavab verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti