...

Bilik Fondu gəncləri “Dolu” filminin yaradıcıları ilə görüşdürüb (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2017 18:03 (UTC +04:00)
Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində “Dolu” bədii filminin nümayişi və yaradıcı kollektivlə görüş təşkil edilib.
Bilik Fondu gəncləri “Dolu” filminin yaradıcıları ilə görüşdürüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində “Dolu” bədii filminin nümayişi və yaradıcı kollektivlə görüş təşkil edilib.

Fondun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Aqil Abbasın “Dolu” romanı əsasında onun ssenarisi ilə kinorejissor Elxan Cəfərovun çəkdiyi filmin nümayişi Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə olub.

Tədbiri Kollecin direktoru Qulu Novruzov açaraq qonaqları salamlayıb, mədəniyyətin təbliğat vasitəsi olaraq gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində böyük rolundan bəhs edib.

Sonra kollecin müəllim və tələbə heyətinə film nümayiş olunub. Nümayişdən sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ötən il aprel ayında baş vermiş hadisələri yaxın tariximizin şərəfli səhifəsi kimi dəyərləndirib. O bildirib ki, aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini və əzmini göstərməklə işğal altında olan torpaqlarımızı qısa zaman ərzində azad etmək iqtidarında olduğumuzu bir daha təsdiqləyib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

O.Səmədov tələbələrə Fondun təşkilatçılığı ilə Pedaqoji Kollecdə yaradılmış Tələbə Dram Dərnəyi ilə bağlı məlumat verib. İcraçı direktor bildirib ki, dərnək üzvlərinin əməkdar artist Məmməd Səfanın rəhbərliyi ilə səhnələşdirəcəkləri tamaşalar ali təhsil müəssisələrində, regionlarda fəaliyyət göstərən Bilik evlərində də nümayiş olunacaq.

Sonra “Dolu” filminin yaradıcı heyəti – ssenari müəllifi Aqil Abbas, əsas rolların ifaçıları Məmməd Səfa, Rza Rzayev, Şamil Süleymanov, Elvin Əhmədov, Cavanşir Hadıyev müəllim və tələbələrin filmlə bağlı suallarını cavablandırıblar.

Sonda tələbələrə Aqil Abbasın kitabları paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti