Bakı. Samir Əli - Trend:
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.
Trend-in məlumatına görə, Bakı şəhərində anadan olmuş Vaqif Nejvedilov qəsdən adam öldürməkdə təqsirləndirilib.
Azərbaycanın məhkəmə orqanı tərəfindən istintaqdan yayındığı üçün 1970-ci il təvəllüdlü V.Nejvedilovun barəsində həbs qərarı çıxarılaraq axtarış elan olunub. Həmin məhkəmə qərarı ilə də V.Nejvedilov İnterpol vasitəsilə axtarışa verilib.