Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan Gimnastika Federasiyası gimnastikanın bütün növlərinin gələcəyinə açıqdır.
Trend-in məlumatına görə, bunu Beynəlxalq Gimnastika Federasiyasının (FIG) eks-prezidenti Bruno Qrandi FİG Şurasının Bakıda keçirilən iclasının yekunları ilə bağlı jurnalistlərə deyib.
O bildirib ki, mən 2003-cü ildə bədii gimnastika üzrə Dünya Kubokunun Bakıda keçirilməsi təklifini irəli sürdüm və Azərbaycan hökuməti bu təklifi qəbul etdi:
"O zaman mən Təşkilat Komitəsi ilə məsləhətləşmək üçün Bakıya gəldim. Qeyd etmək lazımdır ki, Dünya Kuboku fantastik keçdi. Azərbaycanın mükəmməl Gimnastika Federasiyası var. Bu, kompliment deyil, reallıqdır. Azərbaycan Gimnastika Federasiyası çox effektiv işləyir və gimnastikanın bütün növlərinin gələcəyinə açıqdır".
B.Qrandi həmçinin, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqına (UEG) irəli çəkilməsinə də münasibətini bildirib:
"O, yaxşı namizəddir. Biz Fərid Qayıbovla uzun zaman işləmişik və bilirəm ki, onun böyük potensialı və qələbə üçün bütün şansları var".
O, deyib ki: "Biz, iclas zamanı səslənən, bütün təklifləri dəyərləndirdik və optimal plan qəbul etdik. İndi biz universal olduq. Yəni, əvvəllər beş qitənin ən yaxşı idmançılarının hər biri Olimpiadada hər növ üzrə iştirak etməli idilər, bədii gimnastikada isə bu mümkün deyil, çünki Avropada güclü gimnastlar daha çoxdu. İndi Olimpiadada hər bir qitənin ən yaxşı komandası və ən yaxşı gimnastı olacaq".
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək