...

Özbəkistan nümayəndə heyəti Tərcümə Mərkəzində olub

Cəmiyyət Materials 1 İyun 2017 17:28 (UTC +04:00)
Görüşdə Azərbaycan–Özbəkistan ədəbiyyatları arasında mübadilələrin davamı olacaq digər layihələr müzakirə olunub.
Özbəkistan nümayəndə heyəti Tərcümə Mərkəzində olub

Bakı. Trend:

Özbəkistan Xalq şairi Camal Kamal, tanınmış şairlər Şöhrət Salamov və Akif Azalp, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professorları Gülbahar Aşurova, Roza Niyazmetova və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan–Türkmənistan–Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvidən ibarət nümayəndə heyəti ARNK yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı müxtəlif dövrlərdə Mərkəz tərəfindən tərcümə və nəşr edilmiş Əmriddin Berdimuradov, Məmmədəli Mahmudov, Rauf Pərvi, Məhəmməd Saleh kimi məşhur Özbəkistan ədiblərinin əsərlərindən söhbət açılıb. Daha sonra Nizami Gəncəvinin özbək şairi Camal Kamal tərəfindən özbək dilinə tərcümə edilmiş əsərlərinin Daşkənddə nəşri, həmçinin Azərbaycan–Özbəkistan ədəbiyyatları arasında mübadilələrin davamı olacaq digər layihələr müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti