...

Bakıda Formula-2 üzrə ikinci yarış başlayıb (FOTO)

Cəmiyyət Materials 25 İyun 2017 14:16 (UTC +04:00)
Bu gün saat 14:00-da Bakıda Formula-2 üzrə ikinci yarışa start verilib
Bakıda Formula-2 üzrə ikinci yarış başlayıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün saat 14:00-da Bakıda Formula-2 üzrə ikinci yarışa start verilib.

Trend-in məlumatına görə, "Rapax" komandasının pilotu Conni Çekotto dünənki insidentdən sonra pit-leyndən start götürəcək. Qeyd edək ki, dünən Conni Çekottonun bolidi ilk yarışın əvvəlində dayanmışdı.

Xatırladaq ki, Formula-2 üzrə ilk yarışda qalib “Prema Racing” komandasının pilotu Şarl Lekler olub. Moneqask bu gün 8-ci yerdən strat götürəcək. 7-ci yerdən ötən gün 2-ci yer tutmuş Nik de Vris (Rapax) start götürəcək. Ötən gün 3-cü yerdə qərarlaşan Nikolas Latifi (Dams) isə 6-cı yerdən start götürəcək.

Yarış 20 dövrə və ya 45 dəqiqə davam edəcək.

Hazırda pilotların mübarizəsində birinci pillədə Leklerk qərarlaşıb (108 xal), 2-ci pillədə "Mans"-ın pilotu Oliver Rouland (80 xal), 3-cü pillədə isə"Russia Time"ın pilotu Artem Makelov (72 xal).

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti