...

"Azərbaycan Hava Yolları"ndan xanımlar üçün vakansiya

Cəmiyyət Materials 10 Avqust 2017 11:19 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" xanımlar arasında təyyarə bələdçilərinin işə qəbulunu elan edir.
"Azərbaycan Hava Yolları"ndan xanımlar üçün vakansiya

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu avqustun 10-dan sentyabrın 10-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;

- bir fotoşəkil (3х4);

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır. Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti