...

Xəzər sahilində 2 hektar ərazi tullantılardan təmizlənib (FOTO)

Cəmiyyət Materials 12 Avqust 2017 14:18 (UTC +04:00)
Xəzərin sahilində 2 hektar ərazi tullantılardan təmizlənib.
Xəzər sahilində 2 hektar ərazi tullantılardan təmizlənib (FOTO)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Xəzərin ekoloji problemləri, görülən işlər və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizmi müzakirə olunub, eyni zamanda gənclər və yeniyetmələrlə birgə maarifləndirici tədbirlər təşkil edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələri iştirak edib.

Tədbirdə uşaqlara Xəzər dənizinin ətraf mühitinin qorunması haqqında məlumat verilib, inşa müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.

Sonra tədbir iştirakçıları "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi"nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılan modul tipli təmizləyici qurğunun iş fəaliyyəti ilə tanış olub.

Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə Novxanı çimərliyinin sahilboyu zonasında ETSN-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, yerli özünüidarəetmə orqanları ilə birgə təmizlik aksiyası keçirilərək 2 hektar ərazi tullantılardan təmizlənib. Maarifləndirici tədbirlər regionlarda da, digər Xəzər sahili zonalarda təşkil edilib.

Qeyd edək ki, 2006-cı il avqustun 12-də Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti