...

Kommunal xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstərilir

Cəmiyyət Materials 5 Sentyabr 2017 14:54 (UTC +04:00)
Bu gündən etibarən vətəndaşlar ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərinə müraciət edərək kommunal xidmətlərdən yararlana bilər.
Kommunal xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstərilir

Bakı. Trend:

Bu gündən etibarən vətəndaşlar ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərinə müraciət edərək kommunal xidmətlərdən yararlana bilər.

ASAN-dan Trend-ə verilən məlumata görə, “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB-nin 45 növ xidməti təqdim olunur.

Vətəndaşlar “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az internet səhifəsi vasitəsi ilə əldə edə bilərlər.

“ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti