...

Yeni medal kimlərə veriləcək? - FOTO

Cəmiyyət Materials 15 Oktyabr 2017 08:04 (UTC +04:00)
Azərbaycanda yeni medal təsis olunur.
Yeni medal kimlərə veriləcək? - FOTO

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda yeni medal təsis olunur.

Trend-in məlumatına görə, "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif edilir.

Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif ediləcək.

"Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Medal naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülüb, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.

Qanun layihəsi baxılması üçün Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti