...

DQİDK yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi vaxtı elan edilib

Cəmiyyət Materials 11 Oktyabr 2017 16:13 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib.
DQİDK yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi vaxtı elan edilib

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib.

Komitədən Trend-ə verilən məlumata görə, İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Seçki Komissiyası yaradılıb.

Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlərinin say həddi və İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilib.

Namizədlərin irəli sürülməsi prosesi üçün oktyabrın 12-dən noyabrın 10-dək qeydiyyat aparılacaq.

Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:
namizədin şəxsiyyət vəsiqəsinin surəti;
namizədin tərcümeyi-halı;
namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti.

Bütün bunlardan əlavə, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər.
Seçki ilə əlaqədar DQİDK-nin rəsmi internet poçt ünvanına ([email protected]) və ya Dövlət Komitəsinə müraciət edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti