...

11 quruma teleradio yayım lisenziyası verilib

Cəmiyyət Materials 20 Oktyabr 2017 16:58 (UTC +04:00)
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
11 quruma teleradio yayım lisenziyası verilib

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.

İclasda “Muz TV Azərbaycan” MMC-yə peyk yayımı üçün, “AZTELEKOM” MMC-yə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi MMC-yə, “CLİP TV” MMC-yə, “MetroNet” MMC-yə, “AzFiberNet” MMC-yə, “Rahat Telecom” MMC-yə, “FARAON – 1” MMC-yə, “Qafqaznet” MMC-yə, “Teleport” MMC-yə, “Netpoint” MMC-yə İP TV yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti