...

Sabahdan "Həzi Aslanov" stansiyasında eskalator təmirə dayanır (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2017 14:22 (UTC +04:00)
Metronun "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator noyabrın 14-də əsaslı təmirə dayandırılacaq.
Sabahdan "Həzi Aslanov" stansiyasında eskalator təmirə dayanır (FOTO)

Bakı. Samir Əli - Trend:

Metronun "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator noyabrın 14-də əsaslı təmirə dayandırılacaq.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, eskalatorun təmiri istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.

Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti