...

Paytaxt məktəblərində "İslam Həmrəyliyi ili"nə həsr olunmuş mühazirələr keçirilir (FOTO)

Cəmiyyət Materials 16 Noyabr 2017 12:13 (UTC +04:00)

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr cari tədris ilində də davam edir.

İdarədən Trend-ə verilən məlumata görə, səyyar mühazirələr Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun təşkil edilir.

Mühazirələrdə BŞTİ-nin, DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin nümayəndələri, rayon icra hakimiyyətləri və rayon polis idarələrinin əməkdaşları, valideyn icmalarının təmsilçiləri, müəllim və VIII-XI sinif şagirdləri iştirak ediblər.

Tədbirlərdə çıxış edənlər ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının Azərbaycanın İslam dünyasındakı nüfuzundan qaynaqlandığını və IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsinin böyük tarixi əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Mühazirələrdə gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunulub, hər bir gəncin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyi vurğulanıb. Həmçinin, Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, mehriban şəraitdə yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından da bəhs edilib.

Mühazirələrin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, “Şəhadət” sənədli filmi nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti