...

AMEA-nın tikəcəyi yeni binalardan bu şərtlərlə ev almaq mümkün olacaq

Cəmiyyət Materials 23 Noyabr 2017 08:09 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Abşeron rayon Saray qəsəbəsində tikiləcək kooperativ yaşayış evlərindən mənzil almaq üçün qoyulan tələbləri açıqlayıb.
AMEA-nın tikəcəyi yeni binalardan bu şərtlərlə ev almaq mümkün olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abşeron rayon Saray qəsəbəsində tikiləcək kooperativ yaşayış evlərindən mənzil almaq üçün qoyulan tələbləri açıqlayıb.

Akademiyadan Trend-ə bildiriblər ki, yeni kooperativ yaşayış evləri yalnız AMEA əməkdaşları üçün inşa ediləcək.

Mənzilin ümumi sahəsinin 1 kvadrat metrinin qiyməti 470 manata qədər olması nəzərdə tutulur.

Mənzil almaq üçün bir necə ödəniş qaydası təklif edilir.

Şərtlərdən biri budur ki, mənzilin dəyərinin 30%-i ilkin, qalan məbləğ isə 3 ilə veriləcək.

Digər təkliflər mənzilin dəyərinin 20%-inin ilkin, qalan məbləğin 2,5 ilə və mənzilin dəyərinin 10%-nin ilkin, qalanını 2 ilə ödəmək nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti