...

Kral İspan Gimnastika Federasiyasının prezidenti: Fərid Qayıbovun UEG-in prezidenti seçilməsi çox vacibdir

Cəmiyyət Materials 3 Dekabr 2017 16:32 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi çox vacibdir.
Kral İspan Gimnastika Federasiyasının prezidenti: Fərid Qayıbovun UEG-in prezidenti seçilməsi çox vacibdir

Split. Zaur Mustafayev - Trend:

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi çox vacibdir. Bunu Trend-ə Kral İspan Gimnastika Federasiyasının prezidenti Xesus Karballo deyib.

"Biz onun gələcək layihələr üzərində aktiv işini görəcəyik. Biz onunla birgə çalışacağıq, xüsusilə də mən, Kral İspan Gimnastika Federasiyasının prezidenti qismində", deyə Karballo bildirib.

Öz növbəsində Avstriya Gimnastika Federasiyasının prezidenti Fridrix Manseder deyib ki, seçki prosesi çox maraqlı keçib və o, Fərid Qayıbovla tanış olmağına şaddır.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti