...

UEG-in baş direktoru: Azərbaycan Gimnastika Federasiyası çox peşəkarcasına işləyir

Cəmiyyət Materials 3 Dekabr 2017 18:37 (UTC +04:00)
Avropa Gimnastika İttifaqının (UEG) baş direktoru Liza Vortman Azərbaycan Gimnastika Federasiyasının fəaliyyətini yüksək qiymətləndirib və qeyd edib ki, federasiya çox peşəkarcasına işləyir.
UEG-in baş direktoru: Azərbaycan Gimnastika Federasiyası çox peşəkarcasına işləyir

Split. Zaur Mustafayev - Trend:

Avropa Gimnastika İttifaqının (UEG) baş direktoru Liza Vortman Azərbaycan Gimnastika Federasiyasının fəaliyyətini yüksək qiymətləndirib və qeyd edib ki, federasiya çox peşəkarcasına işləyir.

O, bunu Trend-ə Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna təyin olunmasını şərh edərkən bildirib.

"Mən seçkilərin nəticələrindən razıyam. Hesab edirəm ki, hazırki vaxtda idmanda tədbirləri peşəkarcasına təşkil edən insanların olması vacibdir və, birmənalı olaraq, Fərid onlardan biridir. Biz Azərbaycanda tədbirlərin necə təşkil olunduğunu görmüşük. Onun federasiyası çox peşəkarcasına işləyir", deyə Vortman bildirib.

O həmçinin qeyd edib ki, hələ irəlidə üzərində işləniləsi çox şey var: "İlk öncə oturub baxmalıyıq ki, nədən başlayaq. Fikrimcə, bizimçün ən çətin marketinq planlarının üzərində iş və onların inkişaf etdirilməsi olacaq. Biz həmçinin tədbirlərimizin təqdimatlarında daha peşəkar olmalıyıq. Hesab edirəm ki, bu bizim üçün əsas məsələ olacaq".

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti