...

Avropa Yayım Birliyi UEG-lə əməkdaşlığı davam etdirmək niyyətindədir - idman hüquqları üzrə baş menecer

Cəmiyyət Materials 3 Dekabr 2017 20:03 (UTC +04:00)
Avropa Yayım Birliyi (EBU) Avropa Gimnastika İttifaqı (UEG) ilə gözəl əməkdaşlığı davam etdirmək niyyətindədir.
Avropa Yayım Birliyi UEG-lə əməkdaşlığı davam etdirmək niyyətindədir - idman hüquqları üzrə baş menecer

Split. Zaur Mustafayev - Trend:

Avropa Yayım Birliyi (EBU) Avropa Gimnastika İttifaqı (UEG) ilə gözəl əməkdaşlığı davam etdirmək niyyətindədir. Bunu Trend-ə Fərid Qayıbovun UEG-in prezidenti postuna təyin olunmasını şərh edərkən EBU-nun idman hüquqları üzrə baş meneceri Beatris Pastor deyib.

O deyib ki, UEG-in yeni seçilmiş prezidenti ilə artıq fikir mübadiləsi aparıb və onun bu posta seçilməsindən razıdır.

Pastorun fikrincə, televiziya və KİV-lər üçün ümumilikdə idmanın təqdimatını təkmilləşdirmək üçün UEG-lə işləmək vacibdir.

"Bizim gözəl əməkdaşlığımız var. Ümid edirik ki, o davam edəcək və, əlbəttə, bütün dünyada auditoriyanı maksimum cəlb etməkdən ötrü bu idman növü üçün inkişaf çox böyük əhəmiyyət daşıyır. Və bu yalnız icraiyyə və texniki komitələri səviyyəsində əməkdaşlıq və mübadilə əsasında mümkündür", deyə baş menecer qeyd edib.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti