...

Azərbaycanda bank işçilərinin sayı artıb

Cəmiyyət Materials 13 Dekabr 2017 08:16 (UTC +04:00)
2017-ci ilin oktyabrın sonunda Azərbaycanın bank sektorunda işləyinlərin sayı 16,47 min nəfər təşkil edib
Azərbaycanda bank işçilərinin sayı artıb

Bakı. Ənvər Məmmədov - Trend:

2017-ci ilin oktyabrın sonunda Azərbaycanın bank sektorunda işləyənlərin sayı 16,47 min nəfər təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat verib.

Qeyd olunur ki, bir ay ərzində bank sektorunda işləyənlərin sayı 0,8 faiz artıb.

Sentyabr ayında bank sektorunda işləyənlərin sayı 16,34 min nəfər, bu ilin əvvəlində isə 16,95 min nəfər təşkil etmişdi.

Hesabat dövründə ölkədə 31 bank, o cümlədən 2 dövlət bankı fəaliyyət göstərib. 16 bankda xarici kapital mövcuddur. Onlardan səkkizində xarici səhmdarların payı nizamnamə kapitalının 50 faizdən çoxunu təşkil edir. Ölkədə xarici bankarın 2 filialı (Bank Melli Iran və Pakistan Milli Bankı) fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti