...

Azərbaycan Gimnastika Federasiyası FIG-nin “Mükafatlandırılan federasiyaların” siyahısında birinci olub

Cəmiyyət Materials 3 Fevral 2018 19:04 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası 4 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısına daxil olub
Azərbaycan Gimnastika Federasiyası FIG-nin “Mükafatlandırılan federasiyaların” siyahısında birinci olub

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyası 4 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısına daxil olub.

Trend-in AGF-nın saytına istinadən verdiyi məlumata görə, federasiyamızın 2017-ci il ərzində gimnastikanın 3 növü üzrə Dünya Kuboklarına, FIG-nin bədii gimnastika üzrə Qitələrarası, beynəlxalq, həmçinin kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarına və FIG Şura iclasına yüksək səviyyədə ev sahibliyi etməsi, bunlarla yanaşı FIG-nin tanıdığı gimnastikanın 6 növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı Beynəlxalq Gimnastika Federasiyası tərəfindən dəyərləndirilib və AGF ilk pillə ilə mükafatlandırılıb.

Xatırladaq ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016 -ci illərdə 10 ən güclü federasiyaların sırasında yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti