...

Ukraynada akademik Zərifə Əliyevanın adını daşıyan məktəbə kompüter dəstləri hədiyyə edilib (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2018 13:48 (UTC +04:00)
Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbə kompüter dəstləri hədiyyə edilib.
Ukraynada akademik Zərifə Əliyevanın adını daşıyan məktəbə kompüter dəstləri hədiyyə edilib (FOTO)

Bakı. Trend:

Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbə kompüter dəstləri hədiyyə edilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin təşkilatçılığı və dəstəyi ilə gerçəkləşən yardımla bağlı orta məktəbdə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq alim, akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər qoyub, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Sonra orta məktəbin informatika otağına baxış zamanı Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı misilsiz xidmətindən danışıb. İrpen şəhərində görkəmli elm fədaisinin adını daşıyan istirahət parkının, mərkəzi küçənin və orta məktəbin Azərbaycan ilə Ukrayna arasında sarsılmaz dostluq körpüsünə çevrildiyini bildirən diplomat səfirlik tərəfindən bu məktəbə yardımların davamlı olacağını vurğulayıb.

Göstərdikləri dəstəyə görə Azərbaycanın Ukraynadakı səfirliyinə təşəkkürünü bildirən İrpen şəhərinin meri Vladimir Karplyuk bildirib ki, bu orta məktəb həmişə Azərbaycan dövlətinin dəstəyini, qayğısını hiss edib. Onun sözlərinə görə, yeni, müasir 15 kompüter dəstinin hədiyyə edilməsi orta məktəbdə informasiya, texnologiya tədrisinin keyfiyyətinə böyük təsir edəcək.

Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenko isə çıxış edərək göstərdikləri dəstəyə görə Azərbaycanın Ukraynadakı səfirinə və Qorxmaz Paşayeva təşəkkürünü bildirib. Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyevanın əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrildiyini vurğulayan V.Antonenko belə bir şəxsiyyətin adını daşıyan orta məktəbin direktoru olmasından qürur hissi keçirdiyini qeyd edib.

Sonra tədbir iştirakçıları mərhum akademikin adını daşıyan 12 saylı orta məktəbə gələrək xüsusi təyinatlı elm ocağında fəaliyyət göstərən Zərifə Əliyeva muzeyi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti